news Image
2012.05.16
11:47
| A A A
“Elit Star” Cəmilədən xəbər var!
Müğənni müəyyən fasilədən sonra...

"Elit Star" ləqəbi ilə tanınan, müğənni Cəmilə müəyyən fasilədən sonra ifa etdiyi "Səninəm" adlı mahnısına klip çəkdirəcək. Movqe.Az xəbər portalının məlumatına görə, müğənni Cəmilə, ifa etdiyi "Səninəm" adlı mahnısını rejissor Eyyub Əliyevə həvalə edib.

Rejissor E.Əliyev Movqe.Az-a bildirdi ki, hazırda çəkiliş prosesinə hazırlıq gedir və yaxın günlərdə klip hazır olacaq.

E.Əliyev onu da qeyd etdi ki, müğənni Cəmilə yeni milli üslubda fotosessiya çəkilişlərinə hazırlaşır. Müğənninin bu layihəsinin ideya müəllifi fotoqraf Emil Ağayevə məxsusdur.

Fuad Mədətov

Movqe.Az