Əlaqə Arxiv
news Image
2013.08.26
12:05
| A A A
Avropanı fəth edən azərbaycanlı bəstəkardan möhtəşəm hazırlıq-FOTOLAR
Bəstəkar Aygün Səmədzadə və Xanım İsmayılqızı Avropanı fəth edib Mövqe.az-ın məlumatına görə, onlar birlikdə Avropanı gəzərək, çox gözəl istirahət  ediblər.  Aygün Səmədzadə gəzintilərindən ağız-dolusu Mövqe.az-a danışıb: "Səyahəti sevirəm. Dünyanın bir çox ölkələrini qarış-qarış gəzmişəm.Və düşünürəm ki, insanın ən gözəl xatirələri onun gəzdiyi yerlərlə bağlı olur. Ölkələr hadqa kitablardan nə qədər oxusan,əlin-ayağın o torpağa,daşa , küçələrə dəyməsə olmur. Səyahətə Xanım İsmayıl qızı ilə çıxmışdıq. Bir-birimizə uyğun yol-yoldaşı olduğumuzdan bu bizim bərabər artıq 3-cü səfərimizdir.Bir həftə İspaniyanın ikinci  şəhəri, Kataloniyanın paytaxtı,dünyanın çox gözəl, maraqlı və  mədəni şəhərlərindən olan Barselonada, Aralıq dənizi sahillərində dinçəldikdən sonra, yüksək temp tələb edən səyahətə başladıq. İtaliyaya gəldik və nəfəsimizi demək olar ki, dərmədən Milan,Venesiya, Florensiya və Romada olduq. İsveçrənin kiçik bir şəhərini də gəzmək imkanımız oldu. İtaliyanı-dünyanın ən mühüm sənət və tarix mərkəzini gəzməyə aylar yetməz. Milanın dəb-dəbəsini, Florensiyanın zərifliyini, Romanın möhtəşəmliyini, Venesiyanın yavaş-yavaş sulara çökən kədərli gözəlliyini görməkçün oralara tezliklə yenə getmək fikrim var. 


Tanınmış bəstəkar səfər təəssüratlarından sonra yeni mövsümdə bol enerji ilə işlərə start verəcəyindən də danışdı: "2 film və bir tamaşa musiqisi təhvil verməliyəm. Daha doğrusu yaratmalıyam..Buna görə də, çox işləməliyəm. Kaş ki, gəzdiyim sənət məkanlarında fırlanan ilham pəriləri burda köməyimə gəlsinlər. Planımda birinci ilham pərilərilə müqavilə bağlamaqdı, sonra isə  yaratmaq..." (gülür)

Mövqe.az sizə Aygün Səmədzadənin və Xanım İsmayılqızının birlikdə istirahət zamanı çəkdirdikləri fotoları təqdim edir:


Sizin Reklam Yeriniz