Əlaqə Arxiv
news Image
2013.08.26
14:53
| A A A
ATV-də qalmaqal: gənc qızcığaz aldadıldı - Video

63 min səs toplayan ifaçıya ev verilmədi.

20 həftə ərzində ATV telekanalında nümayiş olunan Şərq Ulduzu müsabiqəsi qalmaqalla başa çatıb.


Mövqe.az 1news.az-a istinadən xəbər verir ki, qalibi SMS-səsvermə ilə müəyyənləşdirilən yarışda mükafat qismində Bakı şəhərində mənzil təqdim olunmalı idi. 

Yarış nəhayət başa çatdı və ilk yeri 14 yaşlı Ayla Şiriyeva tutdu. Lakin balaca aylanın sevinci çox çəkməyib:

"Mən bu müsabiqədə gəlməyi çox istəyirdim, bütün müsabiqə ərzində çoxlu sayda insanların mənə səs verməsinə baxmayaraq, qələbəmi möcüzə kimi qəbul etdim" - deyə, Ayla bildirir. 

Lakin möcüzə baş vermədi, qıza evin açarları təqdim olunmadı.

"Vəziyət gərgin idi, sonuncu səsvermədə Ayla 63 min 300 səs yığmışdı. Efirdən sonra "OX Production"un direktoru Xalid Süleymanlıya yaxınlaşdıq və qazanılmış mənzil barədə sual verdik. O, bizilə bir neçə gündən sonra əlaqə saxlayacağını desə də, hələ də bir cavab yoxdur" - deyə, Aylanın anası Təranə Abdullayeva bildirib. 

Daha bir neçə həftə gözləyən Aylanın valideynləri özləri X.Süleymanlı ilə əlaqə saxlayıblar. O, valideynləri görüşə dəvət edərək bir az gözləməyi, yaxın vaxtlarda həllini tapacaq maddi çətinliklərinin olduğunu bildirib və ailə bununla razılaşıb. 

Lakin elə həmin gündən X.Süleymanlı yoxa çıxıb:


"Onun bütün telefonları söndürülüb, bu adamı tapa bilmədik".


Bu zaman valideynlər ATV telekanalına müraciət ediblər. 


"Telekanalın nümayəndələri dedilər ki, ATV yalnız Şərq Ulduzunun nümayişi üçün efir vaxtı təqdim edib və bu müsabiqəyə heç bir aidiyyatı yoxdur. 


SMS-səsvermədən sahibkarlar pul qazanırlar. 


Hazırda Aylanın ailəsinin tutduğu hüquqşünas fırıldaqçıları məhkəməyə vermək üçün sənədləri toplayır. 


Sizin Reklam Yeriniz