Əlaqə Arxiv
news Image
2013.08.26
21:00
| A A A
"Onun gözlərini caynaqlarımla oyaram" - Zülfiyyə
Xalq artisti Zülfiyyə Xanbabayeva çox əsəbi biri olduğunu etiraf edib. Axşam.az-ın məlumatına görə, müğənni "ATV Maqazin" dərgisinə müsahibəsində bəzi maraqlı məqamlara toxunub.

"Mənim əsəbi halımı ancaq evdəkilər görə bilər. Uşaqlıqdan bizi öyrədiblər ki, özümüzü bayırda yaxşı aparaq. Sizcə, niyə bu qalmaqallara baş qoşmuram? Düşünürəm ki, birdən məni hövsələdən çıxararlar, ağzımdan bir söz qaçar. Özümə güvənən adamam, hamının cavabını necə lazımdırsa, elə də verə bilərəm. Hələ heç vaxt olmayıb ki, kimsə mənim yerimə cavab versin. Dilim də var, dilçəyim də. Ailəmə kim söz atarsa, onun gözlərini caynaqlarımla oyaram. Heç kimin mənim şəxsi həyatıma müdaxilə etməyə haqqı yoxdur. Çox gözəl ailəm var. Evimdə qızım böyüyür. O, dünyaya gələndən sonra özümə bir çox şeydə məhdudiyyət qoydum: qızımın alnıaçıq, başıdik gəzməsi üçün... Müğənnilərin övladları haqqında efirdə kimsə danışanda hirslənirəm. Bundan onların özləri də təqsirlidir. Əvvəlcə övladlarını millətin müzakirəsinə çıxarırlar, bir söz deyəndə də inciyirlər" - deyə xalq artisti bildirib.
Sizin Reklam Yeriniz