Əlaqə Arxiv
news Image
2013.08.28
14:41
| A A A
Rəqsanə: "Kişimi əlimdən ala bilərlər"-ÖZƏL

Mövqe.az-ın  məlumatına görə, müğənni Rəqsanə yenidən gündəmə şok açıqlaması ilə gəlib.  Müğənni əvvəl psixolojı problemləri olduğunu deyib: "Psixoloji durumumda problem var, bütün sinirlərim pozulub, həkimə müraciət edib müalicə alıram. Sentyabrın 5-ə kimi müalicəm davam edəcək. Klip çəkilişlərim yarımçıq qalıb. Bir gün çəkiliş oldu, ikinci gün çəkilişə gedə bilmədim. Sentyabr ayına az qalıb, artıq Türkiyə layihəm baş tutacaq".

Rəqsanə gizli evliliyindən də söz açıb:  "Nişanlanmam xəbəri çox söz-söhbət yaratdı. Ona görə gizli evləndik. Artıq evli qadınam. Çox xoşbəxtəm ki, mənim və balalarımın yanında belə bir şəxs var. Həyat yoldaşımın kimliyini açıqlamayacam. Şou-biznes əhlinə güvən yoxdur. Hər an hər şey ola bilər. O qədər bir-birinin kişisini əlindən alanlar var. Ərimi əlimdən ala bilərlər".

Sizin Reklam Yeriniz