news Image
2013.08.28
20:00
| A A A
Məşhur aktyor müxbirə hücum etdi

Movqe.Az xəbər verir ki, Aqressiv rəftarlarıyla tez-tez xəbərlərə mövzu olan ABŞ-lı məşhur aktyor Alec Baldvin bu dəfə də fotoşəkilini çəkmək istəyən bir müxbirə hücum edib. Ötən günlərdə ata olan 55 yaşındakı aktyor, həyat yoldaşı Hilaria ilə Nyu Yorkun "Greenwich Village" küçəsində gedəndə yanına yaxınlaşan 60 yaşındakı şou foto müxbiri Paul Adaoya hücum edib. Yoldaşıyla birlikdə fotoşəkillərini çəkmək istəyən Adao ilə mübahisə edən aktyor, müxbirin qolunu büküb və yoldakı bir avtobobilə vurub. Qısamüddətli mübahisədən sonra iki tərəf də polisi axtarıb. Baldvin və Adao polis hadisə yerinə gəlinə qədər bir-birlərindən şikayətçi olmaqdan imtina edib.

Alec Baldvin, vaxtaşırı əsəbi rəftarları səbəbiylə mətbuata mövzu olur. Baldvin, son olaraq Amerika Hava limanının bir uçuşunda ona telefonunu söndürməsini deyən situardesayla mübahisə etmiş və təyyarədən atılmışdı.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs