Əlaqə Arxiv
news Image
2013.08.29
13:01
| A A A
Azərbaycanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

 Şamaxı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


 Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

 

Şamaxıdan Ağsu istiqamətində hərəkətdə olan 90-RU-165 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomaşın eyni istiqamətdə hərəkətdə olan İsgəndərov Cəlil Maşallah oğluna məxsus 10-TR-067 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla ara məsafəsini düzgün seçməyərək onu arxadan vuraraq aşırıb.

 

Hadisəni törədən "VAZ 21015" markalı avtomaşının sürücüsü hadisə yerindən qaçıb.

 

"VAZ 2107" markalı avtomaşında olan 4 nəfərdən ikisi - 1993-cü il təvəllüdlü İsgəndərov Cəlil Maşallah oğlu, 1993-cü il təvəllüdlü Adıgözəlov Ülvi Fikrət oğlu, həmçinin, "VAZ 21015" markalı avtomaşında olan 6 sərnişindən biri - Şamaxı rayon sakini 1984-cü il təvəllüdlü Məmmədova Rəna Mail qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, maşında olan digər sərnişinlər - 1982-ci il təvəllüdlü Əhmədov Tural Azad oğlu, 2003-cü il  təvəllüdlü Məmmədova Günay Tural qızı yüngül xəsarət aldığı üçün evə buraxılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Sizin Reklam Yeriniz