Əlaqə Arxiv
news Image
2013.08.29
16:20
| A A A
Cazibədar müğənninin planlarını alt-üst etdilər

Mövqe.az-ın məlumatına görə, gənc müğənni Afaq Aslanın başına iş gəlib. Məsələ burasındadır ki, Afaq "Aysan gecələrim" adlı mahnısına ilk klip çəkdirib. Müğənni yeni işinə təqdimat etmək qərarına gəlmişdi. Klipini internet istifadəçilərinin ixtiyarına keyfiyyətli şəkildə buraxılması nəzərdə tutulduğu zaman kimsə müğənninin planları alt-üst elədi.


Məsələnin təfərrüatlarını onun özündən öyrənək: " Klip dünən gecə hansısa haker tərəfindən əlaqəmiz olmayan saytlara yerləşdirilib. Özü də elə şəkildə edilib ki, heç bir sayt rəhbərlinin və əməkdaşların bundan xəbəri yoxdur. Səhər açılan zaman mətbuat katibimə narazılıqda dolu zənglər gəldi. Bizi ittiham etməyə başladılar. Ancaq özümüz də bilmirik ki, bunu kim və nəyə görə edib. Xəbər keyfiyyətsiz şəkildə yayılıb. Bilmirəm bunu kim və niyə edib. Əslində çox maraqlı addımdır. Bilmirsən edən sənin düşmənindir, yoxsa səni çox istəyən adam. Hər kim idisə planlarımı alt-üst etdi".


Onu da bildirək ki, söz və musiqisi Nurlan Təhməzliyə məxsus "Aysan gecələrimdə" adlı mahnıya çəkilən klipin rejissoru Rəhman Əliyevdir.


Sözügedən klipə bu linkdə baxa bilərsiz.


http://m.youtube.com/watch?v=BPMc3UrbcSg

Sizin Reklam Yeriniz