news Image
2013.08.29
15:25
| A A A
Azərbaycanlı müğənni Türkiyənin “Manga” qrupu ilə birgə oxuyacaq

Opera və vokal ifaçısı Lətifə Soyu öz yeni layihə üzərində çalışır.  Mövqe.az-a açıqlama verən ifaçı yay aylarında istirahətlə yanaşı yaradıcılığında da yenilik edib. O, sözləri İlham Abdullayev musiqisi Naibə Şirməmmədova aranjemanı isə Yaşar Baxışa məxsus mahnı yazdırıb. İfa sentyabr ayında dinləyicilərə təqdim olunacaq.

"Mahnının uğurlu olacağına əminəm. Musiqisi ayrı sözləri ayrı gözəllikdir. Hər kəsin qəlbinə toxuna biləcək bir əsərdir".

Lətifə onu da qeyd edir ki, sentyabr ayında yeni mahnısına klip çəkdirəcək: "Köhnə komandamla çalışmağı planlaşdırmışam. Klip mütləq olmalıdır. Allah nəsib etsin növbəti layihəmi ərsəyə gətirim".

Onu da xatırladaq ki, Lətifə Türkiyənin "Manga" qrupu ilə birgə layihə hazırlayır. İfaçı bu haqda kifayət qədər danışsa da layihə hələ başlamayıb: " Əsas məsələ həll olunub. Layihənin detalları da bəllidir. Ancaq yeganə məsələ hələki vaxtdır. "Manga" qrupu hazırda qastrol səfərlərindədir. Onların çıxışları bitən kimi bizim layihə başlayacaq. Bu, təxminən oktyabr ayına təsadüf edəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs