news Image
2013.08.30
10:53
| A A A
Abbas Bağırov: “Yüz faiz Yaşıl Teatr deyil...”-ÖZƏL

Müğənni Abbas Bağırov 2014-cü ildə çaxacaq albomu üzərində işi başa çatdırıb. Mövqe.az-a açıqlamasında müğənni deyib ki, hələlik albomun adını müəyyənləşdirməyib: "Düzdür, albomun adını hələ müəyyən etməmişik, amma ora daxil olan mahnılar tam hazırdır. Alboma öz bəstələrim və bəstəkar mahnıları daxildir. Ən popular, sevilən mahnıları Akif İslamzadənin oxuduğu "Hardasan" , Habil Əliyevin "İnsafa gələsən gərək", öz bəstələrimdən "Oyan", "Sevgi balladası" kimi mahnılar olacaq. Yeni mahnım olan "Oyan" isə sentyabrdan yayımlanacaq".

Abbas Bağırov solo konsert verməyə də hazırlaşır: "Bu il solo konsert verəcəyəm. Konsert üçün bir-iki yer nəzərdə tutmuşam. Ola bilər Heydər Əliyev adına sarayda olacaq. Yaşıl Teatrda olmayacaq – bu, yüz faizdir..."

Qeyd edək ki, bu gün müğənni 31 yaşını qeyd edir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs