news Image
2012.05.16
16:41
| A A A
Məşhur kişi estetik əməliyyat olunub

"Die hard 5" filminin çəkilişləri üçün ailəsiylə üç aylığına Macarıstanın paytaxtı Budapeştə köçən Brus Uillis, estetik əməliyyat etdirib. Movqe.Az Macarıstanın "Blikk" qəzetinə istinadən xəbər verir ki, B.Uillisin, üzündəki qırışların aradan götürlürməsi səbəbiylə cərrahiyyə əməliyyatı olunub.

Qeyd edək ki, aktyorun həyat yoldaşı, model Emma Heminq, B.Uillisdən bu ilin aprel ayında qız övladı dünyaya gətirib. Körpəyə Mabel Rey adı verilib.

Fuad Mədətov

Movqe.Az