news Image
2013.08.30
13:46
| A A A
Müğənni qadağa qoydu: “Qadının səsini yad kişi eşitməməlidir”

Müğənni Xuraman Şuşalı daha mahnı yazdırmayacaq.

Bu barədə müğənni özü məlumat verib:

"İlk növbədə Allahdan günahlarımızın bağışlanmasını diləyirəm. Bütün günü dualarımı əsirgəmirəm. Namaza gələndən sonra düşündüm ki, yeni mahnılar yazdırmayım. Çünki, şəriətə görə, bir qadının səsini yad kişi eşitməməlidir. Bu, günahdır. Mən də bunu nəzərə alıb, mahnı yazdırmağı özümə qadağan etdim. Bundan sonra qadın məclislərində oxuyacam. Studiyada mahnı lentə aldırmayacam. Başı örtüksüz şəkillərimi yayımlayanlara halallıq verməyəcəyimi söyləmişdim".
 
İfaçı daha sonra, həyat yoldaşından söz açıb:
 
"Elçinlə bir-birimizi yaxşı başa düşürük. O, mənə bütün işlərimdə dəstək olur. Nəsə lazım olanda onunla məsləhətləşirəm. Bundan əlavə günümün çox hissəsini övladlarıma həsr edirəm". (lent.az)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs