Əlaqə Arxiv
news Image
2013.08.30
15:11
| A A A
"Aygün , Röya, Natavan , Elton və Fərid yarışacaqlar" -ÖZƏL

Rejissor Nail Naiboğlu yeni mövsümə ciddi hazırlaşıb. O, sentyabrın 2-dən etibarən müəllifi olduğu "Klip Parad" verilişinin yeni mövsümüylə bağlı fərqli addımlar atıb.

Bu barədə N.Naiboğlu özü məlumat verib və bildirib ki, verilişin yeni siması da məlumdur:

"Bu mövsümdə simamız, Azərbaycanın xalq artisti Aygün Kazımova olacaq. Kliplərə gəldikdə, milli kliplərlə yanaşı xarici ulduzların klipləri də yayımlanacaq. Verilişin "10-luq" bölümünü isə "Top 5" bölümü ilə əvəz etmişik. Bu bölümdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Elton Hüseynəliyev və Fərid Məmmədov yeni kliplərini yarışdıracaqlar".

Hazırda Qəbələdə ailə üzvləriylə istirahət edən N.Naiboğlu onu da əlavə edib ki, veriliş sentabrın 2-dən başlayaraq həftə içi 5 gün ərzində "Lider" telekanalında yayımlanacaq.

Qeyd edək ki, layihənin prodüseri Pərviz Oqtayoğlu və musiqi redaktoru Rauf Sahiboğludur.

Sizin Reklam Yeriniz