Əlaqə Arxiv
news Image
2012.05.17
13:13
| A A A
Rusiyanın “Eurovision” təmsilçisi “Nənələr” Azəri Güneli tanıyırlar – EKSKLÜZİV - FOTO
Dünən müğənni Azəri Günel ailəsiylə və dostlarıyla birlikdə şəhər gəzintisinə çıxıblar

Dünən müğənni Azəri Günel "Eurovision" ərəfəsində ailəsiylə və dostlarıyla birlikdə Bakını gəziblər. Bu barədə Movqe.Az xəbər portalına müğənninin Azərbaycan üzrə fan-klubunun rəhbəri Rövşən İlknuri məlumat verib. R.İlknuri bildirib ki, onlar "İçərişəhər"də gəziblər və maraqlı məqamlarla rastlaşıblar. Belə ki, Rusiyanın "Eurovision" təmsilçisi "Nənələr" qrupu və çinlilər Güneli görən kimi tanıyıblar: " "İçərişəhər"i gəzdik. Məşhur "Təndir" restoranına keçdik və isti çörək ilə pendir yeyib, kəndizmizi yadımıza saldıq. Orada olanda Rusiyanın "Eurovision" təmsilçisi "Nənələr" qrupu gəldi və restorana daxil olan kimi qrupun iki solisti Güneli tanıdılar. Həmin nənələr öz ana dilində "Biz bu qızı görmüşük", dedilər. Günel soruşdu ki, harada?... Onlar, "Moskvada", dedilər. Əlbəttə ki, təəccübləndik və qarşılıqlı güldük. Daha sonra çinlilər gəldilər ki, onlar da Güneli tanıdılar. Əslində, tanımaya bilməzdilər. Çünki Günel Çində və orada yaşayan Azərbaycanlılar üçün konsert proqramıyla çıxış etmişdi", R.İlknuri dedi.

R.İlknuri onu da qeyd etdi ki, şəhər gəzintisində özü, teleaparıcı Zabir Əliyev, gənc ifaçı Ozan Yusif, Günelin valideynləri, bacısı və bacısı oğlu Nəzər ilə birgə olublar.

Fuad Mədətov

Movqe.Az






Sizin Reklam Yeriniz