news Image
2012.05.17
17:01
| A A A
"Qazansam səhnəyə Azərbaycan bayrağıyla çıxacam"

Movqe.Az türk mediasına istinadən bildirir ki, Paytaxt Bakıda keçiriləcək 57-ci "Avroviziya" Mahnı Müsabiqəsində Türkiyəni ''Love Me Back'' adlı mahnısı ilə təmsil edəcək Can Bonomo artıq ilk məşqini edib.

Yarışmanın keçiriləcəyi "Crystal Hall"da 5 rəqqasla məşq edən Bonomo təxminən 40 dəqiqə səhnədə olub.

Məşqlər zamanı bir uğursuzluq yaşanıb. Bonomonun meneceri Ece Çelebioğlu səhnədən yıxılıb. Səhnənin kənarındakı boşluğa düşən Çelebioğlu bir müddət sonra məşqləri izləməyə gələnlərin alqış sədaları altında boşluqdan çıxarılıb.

Can Bonomo məşqlərdən sonra təşkil edilən mətbuat konfransında sualları cavablandırıb.

Bir jurnalistin "Avroviziya 2011"in qalibləri Nigar və Eldarın qazandıqdan sonra səhnəyə Türkiyə bayrağı ilə çıxmasını xatırladaraq, Bonomoya qazanarsa səhnəyə Azərbaycan bayrağı ilə çıxıb çıxmayacağı sualını verərkən, Bonomo heç düşünmədən ''Əlbəttə'' cavabını verib.

Bonomo yəhudi əsilli olduğuna görə Türkiyə və İsrail əlaqələrində yaşanan gərginliyin onu necə təsir etdiyi sualını, ''Mən bir sənətçiyəm. Sənətimə də çox əhəmiyyət verirəm. Burada müxtəlif millətləri təmsil edən gözəl insanlar var. Təkcə bunu söyləyə bilərəm ki, bu beynəlxalq yarışmada Türkiyəni təmsil edirəm və bunu etməkdən çox qürur duyuram'' sözləri ilə cavablandırıb.

25 yaşını mətbuat mənsublarının xor halında oxuduğu mahnı ilə qeyd edən Bonomo, Bakıda olmaqdan və göstərilən maraqdan məmnun olduğunu bildirib.

O, ''25 yaşımı Bakıda qeyd etdiyim üçün çox sevindim və burada olduğum üçün özümü çox şanslı biri hesab edirəm'' sözlərini söyləyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs