Əlaqə Arxiv
news Image
2013.09.17
17:28
| A A A
İvana Sərt nəhayət boşandı

Movqe.Az xəbər verir ki, bir-birlərinə qarşılıqlı iddia açan biznesmen Yurdal Sərt və Ivana Sərt iki il sonra boşanıb. Uşaqları Kayo Atəş Sərti anaya verən məhkəmə, Yurdal Sərtə tətillərdə və hər həftə sonu uşağını görməsinə, aylıq 5 min lirə aliment ödəməsinə qərar verib. 400 min lirə maddi və mənəvi təzminatın İvana Sertə ödənməsinə qərar verən məhkəmə, yoxsulluq alimenti tələbinin isə rəddinə qərar verib. 7 milyon lirə təzminat istəyən İvana Sərt, aylıq 100 min lirə yoxsulluq alimenti ilə uşağına da aylıq 50 min lirə əlavə aliment istəyib.

İvana Sərt xüsusilə Türkiyədə tanınan serbiyalı aparıcı, stilist, moda dizayneri, Miss Belgrade qeydiyyatlı model, iş qadını, təşəbbüskar, nadir aktrisa və yazıçıdır . Özüylə eyni adı daşıyan İvana Sərt markasının qurucusu və baş dizayneri olan Sərt, Show TV-nin Azərbaycanda da maraqla izlənilən "Bu gün nə geyinsəm?" adlı proqramının da 2010-ci ildən bəri münsif üzvüdür. 

Sizin Reklam Yeriniz