Əlaqə Arxiv
news Image
2012.05.21
14:33
| A A A
Bakıda “Eurovision” ərəfəsində “Fashion Show” moda layihəsi keçirilib – FOTOSESSİYA
Tədbir maraqlı görüntüləri ilə və yadda qalan məqamları ilə seçilib


Movqe.Az xəbər verir ki, şənbə günü paytaxtın möhtəşəm ticarət ve əyləncə mərkəzində keçirilən "High Life" Fashion & Model Academy"nin təşkil etdiyi "Fashion Time in Metro Park" adlı moda layihəsi keçirilib. "Eurovision" ərəfəsində keçirilən "Fashion Show" (Moda gösterisi) adlanan dəfilə maraqlı görüntüləri ilə və yadda qalan məqamları ilə seçilib.

Anar İmamquliyev (Anar Nemo) və Aytən Əlizadənin aparıcılığı ilə idarə olunan tədbirdə paytaxtın tanımmış simaları iştirak ediblər. İştirakçı modellər dünyanın ən tanınmış brendlərinin moda göstərisini nümayiş etdiriblər.

"High Life" Fashion & Model Academy" rəhbəri Mübariz Allahverdizadə Movqe.Az-a bildirdi ki, layihənin iştirakçıları olan model xanım və kişilərin geyimlərinə, qrimlərinə və ümumiyyətlə, bu kimi amillərlə onları təlimatlandırıb. M.Allahverdizadə onu da qeyd edib ki, bəzi modellər "High Life" Fashion & Model Academy"da çalışanlardı və digər modellər isə sınaq prosesi zamanı seçilən şəxslərdi. Model xanımlar arasında "Azəri Top-Model" müsbiqasinin iştirakçısı Nərminə Ramazanova da iştiark edib.

Tədbirdə gənc ifaçılar Çinarə Bəkirova, Əli Məmmədli, Vlada və məşhur DJ China, DJ Cherry iştirak edirdilər. DJ-lərin müşayiəti ilə gənc modellər müxtəlif geyimlərdə podiumda dəfilə göstərisinə çıxaraq, diqqət çəkiblər.

Fuad Mədətov

Movqe.Az





















































Sizin Reklam Yeriniz