news Image
2012.05.22
16:12
| A A A
Brilliant Dadaşovanı Türkiyədə Azərbaycanın Ajda Pekkanı kimi tanıyırlar
Xalq artisti “Yaxşı gözəl” ilə Türkiyə müğənnilərini geridə qoyur

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti, məşhur müğənni Brilliant Dadaşova bütün mahnılarını dünyanın məşhur balaban ifaçısı Əlixan Səmədov ilə səsləndirdiyi "Yaxşı gözəl" adlı yeni albomunu bu həftə musiqi sevərlərə təqdim edəcək.

Xəbərdə qeyd olunur ki, keçdiyimiz illərdə Zülfü Livanelinin (Türkiyənin məşhur musiqiçisi, ictimai xadim) dəvəti ilə Türkiyəyə gələn və duetə imza atan B.Dadaşova yeni albomu olan "Yaxşı gözəl" ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşır.

Bundan başqa, B.Dadaşova, məşhur musiqiçi Əlixan Səmədov ilə yeni bir duetə imza atıb. Albomdakı 14 mahnının hamısını Ə.Səmədov ilə birlikdə səsləndirən müğənni belə deyib: "Dünyanın məşhur musiqiçisi Əlixan Səmədov məni qırmadığı üçün çox xoşbəxtəm".

Həmçinin, albomla eyni adı daşıyan "Yaxşı gözəl"in video klipi musiqi kanallarında yayımlanmağa başlayıb və albom bu həftə musiqi marketlərdə satışa çıxarılacaq.

Qeyd edək ki, xəbərdə Brilliant Dadaşovanı Azərbaycanın Ajda Pekkanı kimi təqdim ediblər.

Fuad Mədətov

Movqe.Az