Əlaqə Arxiv
news Image
2012.05.23
16:28
| A A A
Sərdar Ortac Bakı konsertinə ciddi hazırlaşır
O, vaxtının çox hissəsini studiyada keçirir

Türkiyənin məşhur müğənnisi Sərdar Ortac Bakıda konsert proqramıyla çıxış edəcək. Movqe.Az xəbər portalının məlumatına görə, türkiyəli müğənninin konsert proqramı iyunun 23-də Heydər Əliyev Sarayında keçiriləcək. S.Ortac konsert zamanı repertuarında yer alan ən son mahnılarını ifa edəcək.

Qeyd edək ki, S.Ortacbir neçə aydır səsyazma studiyasında öz yeni mahnıları üzərində çalışır və o, gərgin işinə görə, türk jurnalistlərinin diqqəti cəlb edib.Bu səbəblə, müğənni jurnalistlərə açıqlamasında bildirib ki, vaxtının çox hissəsini studiyada keçirir.

Güman etmək olar ki, S.Ortac Bakı tamaşaçılarının qarşısna yeni repertuarla çıxacaq.

Konsert məşhur təşkilatçı Nahid Emiloğlunun layihəsidir.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz