news Image
2012.05.24
15:01
| A A A
Bred Pit Ancelina Coli ilə evlənməyə tələsmir
Artıq neçə aydır ki, dünya mətbuatı Bred Pit ilə Ancelina Colinin toylarının tezliklə baş tutacağı barədə məlumatlar yayır. Hətta "paparazzi"lər Bredin Ancelinaya bağışladığı üzüyün şəkillərini bütün kütləvi informasiya vasitələrində işıqlandırıb. Onların toyunun avqust ayında baş tutacağı barədə də məlumatlar dünyanın ən məşhur jurnallarında öz əksini tapmışdır. Lakin Beynəlxalq Kann Festivalında Bred Pit öz cavabı ilə hamını təəccübləndirib. Belə ki, o, toylarının nə vaxt baş tutacağı haqqında suala belə cavab verib: " Biz hələ evlənməyə tələsmirik və toyun tarixini də dəqiqləşdirməmişik. Bu mərasim bizim üçün çox məsuliyyətlidir və dəqiq qərara gəlməmişik. Bu söhbətlər şayədir ".


E.F.N

Movqe.Az