news Image
2012.05.25
16:05
| A A A
Azyaşlı qıza dəstək olmaq üçün könüllü qoşulan sənətçilər kimlərdi?
Onlar xüsusi hazırlıq görüblər

Müğənnilərin xüsusi hazılığı ilə xeyriyyə tədbir keçiriləcək. Bu barədə Movqe.Az xəbər portalına tədbirin təşkilatçıları məlumat verib. Təşkilatçılar bildirib ki, iyunun 22-də Bakının ən gözəl istirahət məkanlarının birində xeyriyyə məqsədiylə tədbir keçiriləcək: "Sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbir, müxtəlif aksiyalarla insanların maarifləndirilməsi məqsədiylə keçirilir. Aksiyanın reklam üzü üçün istedadlı gənclər arasında müsabiqə keçirildi və nəticə əsaslarına görə gənc reper Orxan Həyat seçildi".

Təşkilatçilar onu da qeyd etdi ki, xeyriyyə tədbirinə könüllü qoşulan sənətçilər var. Belə ki, tədbirdə xalq artistləri Faiq Ağayev, Səməd Səmədov, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Nura Suri, Xatun, İntizarın rəhbəri olduğu "Flamenqo" qrupu, Günay İbrahimli, Mirkamil Kamilov, Emil Bədəlov, Ülvi Rəşidov, Şölə Səfərəliyeva, Zarina, Anar Bəylər, "Group Avantaj" və DJ China iştirak edəcəklər.

Tədbirin aparıcıları Rəşad Kəsəmənli və Kəmalə Piriyevadır. Tədbirdən yığılan maddi gəlir ombaçıxığından əziyyət çəkən 8 yaşlı Əfəndiyeva Aişənin əməliyyatına xərclənəcək. Bunu da təşkilatçılar dedi.

Tədbirin təşkilatçıları Səbuhi Arif və Sa Sa Sondur.

Fuad Mədətov

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs