Əlaqə Arxiv
news Image
2012.05.25
17:56
| A A A
Şeron Stoun irqçilikdə ittiham olunur

Movqe.Az xəbər verir ki, "Əsas instinkt" filminin ulduzu, 54 yaşlı məşhur aktrisa Şeron Stounun övladlığa götürdüyü 3 oğulunun dayəsi onu məhhkəməyə verib. Belə ki, Ş.Stoundan şikayətçi olan oğullarının dayəsi Erlinda Elemen "irqçilik etdiyi" iddiasıyla məhkəməyə müraciət edib.

Filipinli dayə Ş.Stounun ona qarşı etnik mənşəyi səbəbiylə pis davranıb təhqir etdiyini və müqavilənin şərtələrinə də bu səbəblə əməl etmədiyini iddia edib. E.Elemen, Ş.Stounun fillipinliləri təhqir etdiyini deyib. O, aktrisanın "Filipinli insanlar axmaqdır" sözlərini dediyini və  evinə İncil gətirməməsini söyləyib.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz