Əlaqə Arxiv
news Image
2012.05.29
13:40
| A A A
Şahin Növrəsli Praqa Qəsrində konsert verəcək

Əməkdar artist, pianoçu Şahin Növrəsli Çexiya prezidentinin dəvəti ilə Praqada konsert proqramıyla çıxış edəcək. Movqe.Az xəbər portalının məlumatına görə, Ş.Növrəslinin Çexiyanın paytaxtı Praqada təşkil olunacaq konsert proqramı mayın 30-da keçiriləcək. Konsert Çexiya hökumətinin, Azərbaycanın Çexiyadakı səfirliyinin və "Buta" İncəsənət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. Konsert Praqa Qəsrində (Prague Castle) baş tutacaq. 


Kvartetdə Şahin Növrəsli royalda, Neytan Pek kontrabasda, Aleksandr Maşin zərb alətlərində və Kris Heminqvey saksofonda ifa edəcəklər.

Konsert proqramına müəllif bəstələri, həmçinin Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları daxildir.

Məlumat üçün bildirək ki, konsert "Qəsrdə Caz" (Jazz in the Castle) adlı layihənin tərkib hissəsidir.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz