Əlaqə Arxiv
news Image
2012.05.29
14:52
| A A A
16 yaşlı qız dünyanın tanınmış 5 min məşhur simasını bir araya gətirib

Movqe.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində yaşayan 16 yaşlı Sara M. adlı azyaşlı qızın çox maraqlı hobbisi var: məşhurlarla şəkil çəkdirmək. Sara bu günə qədər təxminən 5 min məşhurla şəkil çəkdirib. O, "Hollywood" ulduzlarının hər işini dəqiqliklə izləyir və daha sonra da çəkdirdiyi şəkilləri şəxsi bloqunda dostlarıyla paylaşır.

Gənc qızın birlikdə şəkil çəkdirdiyi məşhurlar arasında Bred Pit, Ancelina Coli, Culiya Roberts, Robert Pattinson, Eşton Kutçer və Kim Kardaşyan var.

Saranın "Twitter" sosial şəbəkəsində də 40 min təqibçisi var. Sara zövq aldığı hobbisi haqqında belə deyib: "Məşhurlarla şəkil çəkdirmək mənim hobbimdir. Amma işin bu qədər yaxşı olacağını təxmin etmirdim. İnsanlar şəkillərimin altına şərh yazdıqda çox xoşuma gəlir".

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz