news Image
2013.12.12
10:34
| A A A
Emin Ağalarov 34 yaşını qeyd edir

Bu gün Emin Ağalarov 34 yaşını qeyd edir. O, 1979-cu il dekabrın 12-də Bakıda anadan olub. 


Movqe.az-ın məlumatına görə,4 yaşından Moskvada yaşayan ulduz İsveçrə və ABŞ-da təhsil alıb. Rusiyada bizneslə məşğul olur və "GQ" jurnalının 2011-ci ildə "İlin iş adamları" namizədləri arasından birinci yerə çıxıb.


ABŞ-da olarkən ifaçının musiqiyə marağı yaranıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və müəllimi, unudulmaz sənətkar Müslüm Maqomayev onun kumirləri sırasındadır. 2006-cı ildə "Still"adlı ingiliscə ilk albomunu çıxarıb və eyniadlı mahnı tez bir zamanda hitə çevrilib. Bu musiqi toplusunda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə "İncredible" adlı albomunu sevənlərinin ixtiyarına verib. 


Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlib və "Wonder" albomunu Britaniyada satışa çıxarıb. "Obvious" mahnısını "This Morning" verilişində ifa edən sənətçi böyük diqqət görüb. Əksər mahnılarının müəllifidir. Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir.


Emin Ağalarovun "Giving İn", "Don't cry", "Wonder", "Falling", "Any time you fall", "Obvious", "Stick together", "Still, Make the worl go away", "Just for one night", "Amor" klipləri var. 


İfaçı-bəstəkar bu il həm də ən böyük yarışmalardan biri olan "Kainat gözəli" müsabiqəsinin təşkilatçısı qismində çıxış edib.


Emin məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun oğludur.