news Image
2013.12.13
15:18
| A A A
Xanım Qafarova ilə bağlı son məlumat – şüa terapiyasına başlanıldı- - EKSKLÜZİV

Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Aybəniz Haşımova aktrisa Xanım Qafarovanın səhhəti ilə bağlı son məlumatı Mövqe.az saytına bildirib:


" Hal-hazırda,dəyərli xalqımızın zəhmətkeş sənətkarı Xanım Qafarova ilə telefon əlaqəsi saxladım. Özünü çox gümrah hiss etdiyini söyləyir. Sanki heç xəstə deyiləm deyir və xalqımızın ləyaqətli, dəyərli qızı Mehriban Əliyevaya sonsuz təşəkkürünü bildirir. Səhhəti ilə bağlı narahat olan dəyərli tamaşaçılarımıza salamlarını göndərir. Və bütün jurnalistlərə öz minnətdarlığını bildirir. Xanım Qafarova hal-hazırda Türkiyənion "Santi"-mərkəzində müalicə olunur. Aktrisa dəyərli millət vəkili, sevimli bacımız xanım Qənirə Paşayevaya da xüsusi təşəkkürünü bildirib. Qeyd etmək istəyirəm ki, Qənirə xanım və bacısı Kəmalə Paşayeva neçə gündür ki, Türkiyədə Xanım Qafarovaya öz dəstəyini verir. Biz də bütün insanlara adından millət vəkilinə və bacısına öz minnətdarlığımızı bildiririk".Xanım Qafarova 15 gün həmin xəstəxanada qalacaq. Hal-hazırda şüalanmaya başlayıblar. Bir günlə nəticə əldə etmək olmaz. Hələlik vəziyyəti normaldır. 7-si dekabr bu barədə mən facebook səhifəmdə məlumat verdim. Sağolun sizlər, media orqanlarında çalışan bütün jurnalistlərimiz ki, bu cür diqqət ayırdınız. Çünki Xanım Qafarova sıradan bir aktrisa deyil. Həm o müraciəti etmək mənim insanlıq borcumdur deyə etdim. Utanıram mənə təşəkkür etməyin. Allah insanlara bu imkanı verirsə, niyə də biz yaxşılıq etməyək. Mən başda Mehriban xanım Əliyeva olmaqla bütün bu işdə köməkliyini əsirgəməyən insanlara öz təşəkkürümü bildirirəm".


Qeyd edək ki, xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın Türkiyədəki müalicə xərclərini, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.