news Image
2012.04.04
18:26
| A A A
Xatirə İslam özünün xınayaxdı evinin açılışını etdi – FOTOSESSİYA
Yaşıl donlu müğənni diqqət çəkirdi Dünən müğənni Xatirə İslam yeni ticarət məkanınını istifadəyə verdi. Movqe.Az xəbər portalının məlumatına görə, müğənninin "Buta Xınayaxdı Evi" adlı məkanı toy-nişan və xüsusiylə, xınayaxdı mərasimləri üçün xidmətlər təklif edir.

X.İslam bəzi həmkar dostlarını və doğmalarını ətrafına toplayıb, məkanın açılışını keçirdi. Mərasimdə sənətçilər Nüşabə Ələsgərli, Elza Seyidcahan, Sevda Yəhyayeva, aşıq Telli Borçalı iştirak edirdilər. Hər bir sənətçi Xatirəni təbrik etdilər və ona uğurlar arzuladılar.

Tədbir maraqlı məqamaları ilə yaddaqalan oldu. Belə ki, müğənni milli naxışlarla bəzədilən yaşıl rəngli paltarda diqqət çəkirdi. Hər bir qonaq ilə səmimi, xoş rəftar edən Xatirə, istiqanlılığını üzərində məkanın adı yazılan tortun ətrafına topladı və tortu həmkarlarının üçə qədər sayması ilə kəsməyə başladı. Daha sonra xınayaxdı evi ilə tanış olan qonaqlara xidmətləri haqqında məlumat verdi.

Müğənni Movqe.Az-a açıqlamasında bildirdi ki, yeni istifadəyə verdiyi məkanı yüksək səviyyədə xınayaxdı mərasimlərinin təşkili üçün nəzərədə tutulub. O, müştərilərinə maraqlı təklif etdi:

" "Buta Xına Evi" xanımlarımıza məxsusdur. Xanımlarımızın yüksək səviyyədə xınayaxdı mərasimini keçirilməsinə xidmət edir. Hər kimsə bu məkandan sifariş edərsə, həmin şəxsin xınayaxdı mərasimində mənim yarım saatlıq çıxışım təmənnasız olacaq. Mənə elə gəlir ki, başqa xınayaxdı evlərindən fərqi və özəlliyi mənim bu cür təklifimdir və bunun özüdür. Burada olan məhsullar sırf milli naxışlarla, xüsusiylə, buta nişanı ilə bəzədilib. Həmçinin müasir naxışlardan da istifadə etmişik ki, bu da milli paltarlarımız üzərində həkk olunub. Fotosesiyanın, müxtəlif təamlı, ləziz şirniyyatların və başqa mərasim ilə bağlı xidmət göstəririk", - X.İslam qeyd etdi.

X.İslama "Rəqqasə Fatimə Fətəliyeva və aktrisa Tünzalə Əliyeva da toy mərasimləri üçün bu cür məkan sahibləridirlər. Ola bilər ki, bu tendensiya rəqabət xarakterlidir?" sualı ilə müraciət etdik. Müğənni isə suala belə cavab verdi:

"Ölkəmizdə, 9 milyon əhaliyə xidmət göstərən beş-altı xına evi var. Bu cür məkanlar az olmasın da, çox olsun. Daha çox olsa, yaxşı olardı. Allah hamının öz xeyirini versin!", - müğənni dedi.

Fuad Mədətov


































Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs