Əlaqə Arxiv
news Image
2012.05.31
15:13
| A A A
Ayan 3 kiloqram kökəldiyi üçün jurnalistlərin qarşısına çıxmadı - VİDEO
Müğənni yeni klipini təqdim edib

Gənc müğənni Ayan Babakişiyevanın"Nədən oldu?" klipi hazırdır. Movqe.Az xəbər portalının məlumatına görə, müğənni media tanıtımı etməklə klipini pərəstişkarlarının ixtiyarına buraxıb.

A.Babakişiyeva Movqe.Az-a açıqlamasında bildirib ki, klipini KİV-də yayımlamağının səbəbini belə izah edib: "Əgər əsas səbəbi bilmək istəyirsiniz, sırf bir az, daha dəqiqi 3 kq kökəldiyim üçün təqdimat mərasimi təşkil etmək istəmədim. Çəkim 46 kq-dan, 49-a çatıb. Kökəldiyimi hiss edəndə əhvalımda düzənsizlik özünü büruzə verir. Odur ki, jurnalistlərlə görüşümü sentyabr ayına qədər təxirə saldım. İnşallah yeni mövsümdə daha bir maraqlı layihəmlə pərəstişkarlarımı sevindirəcəyəm".

Musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Nədən oldu?" mahnısını rejissor Anar Hüseynov ekranlaşdırıb. Süjet xəttində Ayan Azərbaycan da daxil olmaqla, ümimilikdə 7 millətin - çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və dediyimiz kimi, doğma vətəniminizin gözəl xanımlarının obrazlarını canlandırıb.


Klipin operatoru Rza Əsgərov, "Make up" (makiyaj) bütünlüklə stilist Romaya məxsusdur.

Qeyd edək ki, müğənni klipə çəkilən maliyyə vəsaitini açıqlamaq istəmədi.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz