Əlaqə Arxiv
news Image
2013.12.29
13:04
| A A A
Sərdar Ortaç nişanlısının valideynlərindən yaşda böyükdür?

İrlandiyada nişanlanan Sərdar Ortaç və Kloe Loughnan dünən gecə İstanbula döndü.


Mövqe.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, nişanlısıyla Atatürk Hava Limanında görünən Ortaç jurnalistlərə açıqlama verib:  "Çox həyəcanlandım. Nəticədə nişanlandıq. Artıq ciddi münasibətə girmiş olduq. Nişanı İrlandiyada etdik. Toy Türkiyədə olacaq. Hər şey çox gözəl keçdi. Xoşbəxtəm" 

Jurnalistin bəs "Toy tarixi müəyyən oldumu?" sualına Ortaç, "Nişanı etdikdən sonra toy tarixini danışmağa başladıq. May ayında olacaq amma tam tarix daha müəyyən olmayıb. Bir neçə gün içində tam tarixi də alacağıq. Artıq evlənirəm". 

Qeyd edək ki, Sərdar Ortaçın yaşı nişanlısının ana və atasının yaşından çoxdur. Bu barədə elə Kloe özü məlumat verib. 

Sizin Reklam Yeriniz