Əlaqə Arxiv
news Image
2014.01.02
14:05
| A A A
Sinan Akçıl çətin anlar yaşayıb

Sürpriz sevgiləri ilə 2013-ü ilin son həftələrinə damğa vuran Ebru Şallı ilə Sinan Akçıl, dünən gecə dəhşət dolu dəqiqələr yaşayıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Fransadakı xizək tətillindən sonra İstanbulda romantik bir axşam keçirdən məşhur cütlük, yeməydən sonra Ebru Şallının Ulustaki evinə gedib. Evə girdikdən yarım saat sonra Sinan Akçılın mədəsində ağrı başlayıb. Təzyiqi düşən və mədəsi pozulan məşhur musiqiçinin, get-gedə halı pisləşdikcə köməyinə sevgilisi çatıb. Ebru Şallı, Akçılı evindən təxminən 100 metr uzaqlıqdakı "Liv Hospital"a çatdırıb. Bir müddət burada müalicə altında qalan müğənni 1 saat sonra xəstəxanadan çıxıb. Qeyd edək ki, cütlük paparatzilərə tuş gəlməmək üçün əllərindən gələni edib.

Sizin Reklam Yeriniz