news Image
2014.01.02
18:00
| A A A
Burak Özçivitdən xəbər var
Keçən həftə "Çalıkuşu" serialının baş rolunu canlandıran yaraşıqlı aktyor Burak Özçivitin, 2 illik sevgilisi Ceylan Çapadan ayrıldığı xəbərləri ortaya çıxıb. Özçivitin bir müddətdir yaxın dostlarına sevgilisinin qısqanc olmasından gileyləndiyi hətta aktyorun Ceylan Çapanın telefonlarına belə cavab vermədiyi iddiaları danışılıb. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, baş verənlərdən sonra Çapa, münasibətlərinin çox yaxşı olduğunu söyləyib. Iddialar qarşısında səssiz qalan Burak Özçivit isə sevgilisi ilə çəkdirdiyi foto şəkili Twitter hesabında paylaşıb. Burak Özçivit, Ceylan Çapanın atası Cəlal Çapa və anası Şebnem Çapa ilə keçən il tanış olub. Qeyd edək ki, Cəlal Çapa, Özçivitə "kürəkənim" deyərək müraciət edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs