news Image
2014.01.04
11:15
| A A A
"Kurt Seyt və Şura" serialının tamaşaçıları şok yaşayıb

Daha əvvəl yanvar ayının axırı başlanması gözlənilən iddialı serial, "Kurt Seyt və Şura" Rusiyada çətin hava şərtlərində çəkilən çəkilişlərdə yaranan çətinliklər səbəbi ilə həmin tarixdə yayımlanmayacaq. Mövqe.az türk mətbuatına istinadən xəbər verir ki, serialda baş rolu canlandıran Kıvanç Tatlıtuğ, qarlı havada edilən çətin çəkilişlər əsnasında atdan yıxılaraq qabırğasını qırıb. Bu səbəbdən serialın vaxtı başqa aya keçirilib. Qeyd edək ki,serial mart ayında "Star" kanalında tamaşaçılarının qonağı olacaq.