news Image
2014.01.07
15:14
| A A A
Elza Seyidcahan oğlunun boşanma səbəbini açıqladı: "Xəyanət edibsə də..."
Müğənni Elza Seyidcahan yaman əsəbləşib. Mövqe.az-ın məlumatına görə, müğənni oğlunun boşanma səbəbindən uzun-uzadı danışmaq istəməyib. Hətta yayılan iddialara görə,  xəyanət üstə oğlunun ailəsinin dağılması xəbərinə də açıqlama gətirən əməkdar artist bildirib: " Bu sözləri kim deyir qələt edir. Mənim adımdan belə də yazın. Birinci oğlum xəyanət etməyib, edibsə də əcəb edib. Özü bilər. Mənim gül kimi balalarıma kimin nə haqqı var söz desin? Biz heç kimin həyatına başımızı salmırıq, heç kimdə bunu etməsin. Mənim dağ boyda sənətim var, ondan yazın. Canım çıxa-çıxa səngərlərdə əsgərlərə konsert verdim. Ümumiyyətlə qadağa qoyuram ki, kimlər ki, mənim ailəmdən yazırlar, kimlər ki, açıq-saçıq şeylər yazırlar. Var elə müğənnilər ki, bu onlara xoşdur. Ancaq mən belə işlərlə gündəmdə qalmaq istəmirəm. Ancaq sənətimdən, gördüyüm işlərdən yazın".