Əlaqə Arxiv
news Image
2014.01.08
10:33
| A A A
Qalmaqallı boşanan teleaparıcı indi də biznesə başladı-Eksklüziv

Aparıcı Azər İsmayılov biznesini böyütmək qərarına gəlib. Belə ki, aparıcı  artıq biznesmen kimi də fəaliyyətini davam etdirəcək. Bu barədə  Mövqe.az-a açıqlama verən teleaparıcı bildirib: " Uzun illərdir ki, mən aparıcılıqla yanaşı  bizneslə də məşğulam. Amma ki, indi  bu işə daha çox vaxt sərf edəcəyəm. Ancaq bu o demək deyil ki, mən aparıcı kimi fəaliyyət göstərməyəcəyəm. Əksinə... Hər şey olduğundan da yaxşı davam edəcək".


Tele-aparıcı A. İsmayılov yeni layihəsi barədə də açıqlama verib: " Yeni layihəm əyləncə xarakterli deyil. Azərbaycanda ilk dəfə çox böyük bir layihə olacaq. Dəyərdim ki, bu layihəm bir ilk olacaq. Uduşda çox böyük məbləğ oynanılacaq.  Ulduzların iştirakı ilə tamaşaçıların qarşısına gələcəyik. Verlişdə tək aparıcılıq edəcəyəm. Anonslar hələki hazırlanır".


Sizin Reklam Yeriniz