Əlaqə Arxiv
news Image
2014.01.09
10:36
| A A A
Sevda küsdü: Eybi yox, bu günün sabahı da var

Müğənni Sevda Yəhyayevanın 28 dekabrda ad gününü qeyd etməsi barədə məlumat vermişdik. Müğənni ad günündən sonra ilk dəfə "Pərdə" verlişində açıqlama verib. Mövqe.az-ın məlumatına görə ilk dəfə öz təəssüratlarını bölüşən müğənni dostlarından inciyib. Belə ki, bu ad günündə Sevdanın dəvətini saymayıb , gəlməyənlər də olub. Onu tək buraxan dostlarına səslənən Sevda "Bu günün sabahı da var " deyib: "İlk dəfə idi ki, ad günü keçirirdim. Amma dəvət etdiklərim arasında gəlməyənlər də oldu. Çox sağ olsunlar. Onların hər işində olmuşam. Mənə qoyduqları hörmət belə oldu. Bu günün sabahı da var. Hər il ad günü keçirmirəm ki...".


Sevda ön gözəl hədiyyəsini sevgilisindən aldığını da bildirib: "Ən gözəl hədiyyəni sevdiyim insandan aldım. Nə olduğunu demək istəmirəm. Onun özü də, hədiyyəsi də mənim üçün dəyərlidir".


Sizin Reklam Yeriniz