Əlaqə Arxiv
news Image
2014.01.09
12:09
| A A A
Aybəniz Haşımovanın halı pisləşib?-ÖZƏL
Aybəniz Haşımovanın halı pisləşib. Mövqe.az-ın məlumatına görə sevimli müğənninin son zamanlar təzyiqi yüksək olur. Qızı Aynişan və Mirkamillə  bağlı söz-söhbətin yayılması əməkdar artisti yaman əsəbləşdirib. Bu barədə Mövqe.az-a sənətkarın bacısı Rena xanım məlumat verib: " Aybəniz xanımın narahat olmaması  və əsəbləşməməsi üçün telefonlarının səsini almışıq. Hal-hazırda evdə dincəlir. Son olaylardan sonra təzyiqi yüksəkdir. Əsəb keçirtməsi olmaz. Həkim nəzarətindədir".


Qeyd edək ki, İranda əməliyyat olunan gənc müğənni Mirkamil Kamilovun yanına gedib-gələndən sonra  Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın guya Mirkamillə nişanlı olduğu xəbəri yayılmışdı. Ancaq Mirkamil Kamilov Aybəniz xanımı anası adlandırıb və belə şeyin mümkünsüz olduğunu açıqlayıb. 

Sizin Reklam Yeriniz