Əlaqə Arxiv
news Image
2014.01.14
16:32
| A A A
Müğənnilərdən cin açıqlaması: "Yaxşı və pis cinlər var"

Son günlər "ANS" telekanalında yayımlanan "Adam içində"verilişində "cin çıxartma" əməliyyatı geniş müzakirə mövzusuna çevrilib. Ekstrasens Həsən adlı şəxsin canlı efirdə epilepsiya xəstəsi olan və daxilində cin olduğu iddia edilən gənc qızın bədənindən cin çıxardığını iddia etməsi  sosial şəbəkələrdə də geniş müzakirə olunur. Movqe.az bu dəfə "cin çıxartma" əməliyyatına şou əhlinin fikrini öyrənib. Movqe.az-ın bu barədə apardığı sorğu zamanı şou əhli hətta cini bədəndən çıxartmaq yolları barədə də danışıb. 


Müğənni Ədalət Şükürov: " Mənim o qədər işim gücüm var ki... Ətrafımız elə cin şeytandır da. Özüm müraciət etməmişəm. Ancaq dində, şəriətdə cin var".

 

Müğənni Mətanət Əsədova: "Ola bilər. Mən inanıram. Özümə mənim nə qədər cadu olunub. 40 gün yataqda yatmışam. Xəstə olmuşam. Pis insanlara Allah lənət etsin. Necə əməl edə bilirlər. Mənim hansı insana ki əməl olunur ona elə yazığım gəlir. Ürəyim ağrıyır". 


Müğənni Xuraman Şuşalı: " 72 min aləm var. Cin əlbəttə var. Yaxşı cinlər də var, pis cinlər də... Pis cin insanın içinə girərsə, ağlını əlindən ala bilər, ona xələl gətirə bilər. Cin insana toxuna bilər. Mən inanıram".


Müğənni Nüşabə Ələsgərli: "Dünyada Nüşabə Ələsgərlinin bir mövqeyi var: Elm, elm, elm !!! "


Müğənni İlhamə Qasımova: "İnsan özü nəyə inanırsa o olur. Nağıllarda da var, o cin-şeytan... Cinlər əfsanədir, nağıldır. Əgər biri pis iş görürsə və yaxud da ki, ailəsindən kimsə pis iş görüürsə o zaman Allah həmin kəsi cəzalandırır. Elə şey yoxdur ki, mən yaxşıyam niyə mənə pis oldu. Niyə başıma pis iş gəldi. Niyə mənə cadu olundu. Mən heç vaxt nə cindara, nə cadukara müraciət etməmişəm, etmərəm də..."


Müğənni  Elton : " Ümumiyyətlə cin-şeytan Quranda da var ki, var. Ancaq bu sübut oluna bilməyib. Mən düşünürəm ki, bu xəstəlikdir. Bir insan var ki, falçıya gedib, bizə zəng ediblər deyiblər ki, sizin şəkli orada gördük. Var belə şeylər ancaq biz inanmırıq".



Müğənni Bilal Əliyev: " Müqədəs Qurani-Kərimə istinadən bildirərəm ki, həyatda cinlər var. Biz onları görməsəkdə onlar bizi görürlər. Cin insanın bədəninə rahat girə bilir. Cini insan bədənindən 11 dəfə Fələq-Nas sürələrini,  3 dəfə fatihə ixlası, 3 dəfə Ayətül Kürsünü, 1 dəfə Yasin sürəsini, 1 dəfə Ərrahman sürəsini oxuyursan və cin gedir. Bunlardan əvvəl 2 rükət namaz qılınır. Başqası qıla bilər həmin namazı xəstə üçün. Mən qələt edib cindara və cinlərə müraciət etmərəm. Allah var və ibadətlə məşğuluq. Gündə 5 dəfə namaz qılıram".


Müğənni Roza Zərgərli: "Mən inanmıram. Mənim fikrimcə cin kimi oxuya bilənlər var. Mənim cinlərlə qohumluğum yoxdur. Gülməyim gəlir sadəcə. Siz onu zəng edib Samir Priyevdən soruşun ki, cin var  ya yoxdur. "Maşın" şouda hər dəfə məni qorxudurdu ki, əlinizi çəkin yoxsa cin gəlib, sizi aparacaq".


Sizin Reklam Yeriniz