Əlaqə Arxiv
news Image
2014.01.14
18:52
| A A A
Aparıcı qəzəbləndi "Gəlmisən, növbəni gözlə, şou göstərib..."
Mövqe.az xəbər verir ki, müğənni Nadir Qafarzadə və aparıcı Tural Ozan arasında qalmaqal yaşanıb. "Number 1" mükafatının qala gecəsinə qatılan Nadir səbirsizlik göstərib və mükafatından imtina edərək, oranı tərk edib. Qala gecəsinin təşkilatçısı və aparıcısı müğənninin bu saymamazlığına çox mənfi reaksiya verib: "Nadir Qafarzadə bir neçə dəfə tədbirdə xəbər göndərdi ki, mənim mükafatımı tez versin. Şou-proqrama gedirəm. Mən də tədbirdən əvvəl qeyd etmişdim ki, belə hallar olmasın. Tədbirə gəlmisən, qal növbəni gözlə. Bu qala gecəsidir və hər kəsin növbəsi vaxtında olmalı idi. O da acıq edib tədbirdən getdi. Əslində, acıq etmədi, sadəcə, digər bir şou-proqrama gecikməsin deyə şou göstərib getdi. Bu bir daha sübut etdi ki, bu mükafat Nadir üçün hələ tezdir. Əcnəbi qala gecələrinə oturub baxmaq lazımdır. Bir də ki, nömrə 1 olmaq üçün ən azından number 1 sözünü ingiliscə təmiz deyə bilmək lazımdır".


Qeyd edək ki, Nadir Qafarzadə yerli saytlara açıqlamasında gecənin uğursuz təşkil olunmasından və buna görə həmin məkanı tərk etdiyini deyib. 

Sizin Reklam Yeriniz