Namiq Qaraçuxurluya sevgilisindən özəl hədiyyə
Meyxanaçı Namiq Qaraçuxurlunun şəxsi həyatı, nişanlı olub-olmaması
ilə bağlı xəbərlər səngimək bilmir. Meyxanaçı dəfələrlə toyum
olacaq deyib, hətta toyunun zamanını açıqlasa da, lakin nişanlı
olmadığını deyib. Mövqe.az xəbər verir ki, bəzi şayələrə görə
deyilir ki, meyxanaçı gündəmdə qalmaq üçün bu xəbərləri uydurub.
Ancaq Namiq Qaraçuxurlu "Onlar" verlişində deyilənləri inkar
edib: " Mən şou yardacaq insan deyiləm. Mənim şəxsi həyatımın heç
kəsə aidiyyatı yoxdur. Mən nişanlıyam ya yox, o ancaq mənə aiddir.
Mən heç kəsə nişanlıyam sözünü deməmişəm ki, məni yalan danışmaqda
günahlandırsınlar. Ad günümdə də sevgilimlə bir yerdəydik. O mənə
sürpriz etmişdi.".
Qeyd edək ki, Namiq Qaraçuxurluya sevgilisi "İlin ən yaxşı sevgilisi" Oskar mükafatını verib. Meyxanaçı toyu barədə də açıqlama verib: " Toyu gələn il həyata keçirəcəyəm. Dəqiq tarix isə gizli qalsın, bir az ulduzluq edək".