news Image
2014.01.15
16:40
| A A A
Cavid Gül model sevgilisini kimə dəyişib? - Eksklüziv
Tanınmış cütlük teleaparıcı Cavid Gül və model Səbinə Allahverdiyeva artıq bir yerdə deyillər. Məsələni aydınlaşdırmaq üçün model Səbinə Allahverdiyeva ilə əlaqə saxladıq. Model münasibətlərinin dost kimi davam etdiyini söylədi. Söhbətimiz zamanı bir neçə dəfə Cavidə "dostuq, dostumdur" deyə müraciət edən Səbinə Allahverdiyeva açıqlamasında qeyd edib: "Cavid öz yolundadır, mən öz yolumda... Açıqlama vermək istəmirəm. Ancaq hər şey ola bilər. Kimsə ayrıla və ya birləşə bilər. Bu barədə Cavid açıqlama versə daha yaxşı olar".


Səbinə Allahverdiyeva Cavid Güllə aparıcı Günel Hümbətovanın arasında heç bir münasibət olmadığını da qeyd edib. Yayılan şayələrə son qoyan model bildirib: " Kimsə kimləsə şəkil çəkdirirsə bu o demək deyil ki, onlar mütləq sevgilidirlər. Boş-boş söhbətlərdir. Cavid əgər onla şəkil paylaşıbsa, bu o demək deyil ki, onların arasında nəsə var". 

Qeyd edək ki, Mövqe.az-a daxil olan məlumata görə, çoxdandır bir yerdə olan cütlük arasında münasibət ayrılıq ilə nəticələnib. Hal-hazırda küsülü olan cütlük ayrı-ayrı yoluna davam edir. 



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs