news Image
2014.01.16
18:35
| A A A
Məşhur türk müğənni: "7 yaşımdan namaz qılıram"

Türkiyənin gənc və populyar müğənnilərindən biri, "Athena" qrupunun lideri, "Atena" təxəllüsü ilə tanınan Gökhan Özoğuz dəstəmaz aldığı anda çəkilən fotosunun sosial şəbəkələrdə yayılması, ilə bağlı danışıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, K.Özoğuzun dediyinə görə, 7 yaşından bəri namaz qılır.


"Twitter-də çox başım ağrıdı. Foto ilə bağlı açıqlama məqsədilə dünən ilk dəfə tvit yazdım. Amma necə davranacağıma qərar verə bilmədim. Dini inacla bağlı nə isə yazırsan "yaxşı görünməyə çalışır" deyirlər. Susursan, "niyə danışmır, inancını gizlətməsin" deyirlər. Kimsəyə açıqlama vermək niyyətində deyiləm", - müğənni deyib.


O, Twitter-də tanınan illahiyyatçı Nihat Hatiploğunun "bədənində döymə olan insanın dəstəmazı qəbul olunur" dediyi videonu da paylaşıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs