news Image
2014.01.17
12:59
| A A A
Oksana Rəsulova: "Ondan boşanmağıma peşiman deyiləm"

Rəqqasə Oksana Rəsulovanın müsahibəsi: 


- Sizinlə telefon əlaqəsi saxlayarkən dediniz ki, yeni layihələr çoxdur və başınız qarışıqdır. Söhbətə elə yeni layihələrinizdən başlayaq.

- Bəli, proyektlər çoxdur, amma indi deyə bilmərəm. Əvvəlcədən demək mənə düşmür. İnşallah, hər şey göz qabağında olandan sonra bu haqda ətraflı danışacam. 


- Bir neçə ay öncə müəllimə kimi fəaliyyətə başladığınızı açıqlamışdınız. Dərslər davam edir? Tələbələrinizdən razısınızmı? 

- Bu mənim öz məktəbim deyildi, trener kimi çalışdığım, şəhərin məşhur fitness mərkəzlərindən birində açılan kursdan söhbət gedirdi. İşlərimin çoxluğu ilə əlaqədar müvəqqəti məşqlər dayandırılıb. Hələki layihələrimlə məşğulam. 


- Peşəkar rəqqasə olmaq üçün nələr lazımdır? Özünüzü peşəkar rəqqasə sayırsınızmı? 

- Hmm… Özümü peşəkar saymağıma ehtiyac yoxdur, çünki sözünü deyənlər artıq deyib. Elə ilk günlərdən özüm barədə istədiyim şəxslərdən arzuladığım fikirləri duymuşam, artıq heç kimin rəyinə ehtiyacım yoxdur. Rəqqasə olmaq üçün Allah istedad verməlidir, yaxşı rəqs etmək üçün ürək lazımdır.


- Bəs rəqqasələr arasında rəqibiniz kimdir? 

- Azərbaycanda rəqqasələr arasında rəqibim yoxdur. 


- Qalmaqallardan uzaq olmağa çalışsanız da, bu mümkün olmur. Necə düşünürsünüz sizi qalmaqala sürükləyirlər, yoxsa? 

- Hər zaman demişəm paxıllığımı çəkən çoxdur. Ona görə belə alınır. 


- Hind rəqslərinə maraq nə vaxtdan yaranıb? 

- Uşaqlıqdan hind filmlərini sevmişəm, izləmişəm, bu həvəsdə o vaxtdan yaranıb. 


- Hansı filmlərə baxanda düşünürsünüz ki, o obrazı mən canlandırmalıyam? 

- Şahrux Khanın bütün filmlərinə baxanda bu arzular məndə yaranır. 


- Hindistanda filmə çəkiləcəyinizi bildirmişdiniz. Aqibəti necə oldu? 

- Müqaviləni pozdum, çünki gedib gördüm dedikləri kimi deyil, mən də imtina etdim.


- Hindistanın tanınmış aktrisası Madhuri Dixit sizin haqqınızda çox gözəl sözlər dedi, Şahrukh Khanla görüşdünüz. Təəssüratlarınız necə oldu? 

- Bir sözlə təəssüratlarım əladır. Madhurinin sözləri uşaqlıqdan arzum olub və mənə bu sözlərdən sonra heç kimin sözü maraqlı deyil. Üzrlü hesab edin, gerçək budur.


- Natavan Həbibi sizə "İlin Şahrukh Khan"ı mükafatı verdi. Bu sizin üçün nə məna kəsb edir? 

- Yox, "Əsrin Şahrux Khanı mükafatı" verdi, bu dostlarımızın arasında bir oyun idi, orada hər kəsə bir ləqəb qoyuldu, mənə də bu ləqəbi yaraşdırdılar. Çünki bu il öz aktyorumla görüşdüm və arzum həyata keçdi.


- Görünüşcə baxımlı qadınsınız. Oksananın daxili: xasiyyəti, iç dünyası necədir? Hazırda orada nələr baş verir? 

- Əslində, xasiyyətimin necəliyini ətrafımdakılar daha doğru analiz edər, onlar danışsa, daha doğru olar. Özüm haqda onu deyə bilərəm ki, çox sadə və ədalətliyəm.


- Son zamanlar sizə əsasən şəxsi həyatınızla bağlı suallar verirlər və bu sizi narahat edir. Sizcə, bu söhbətlər nə zaman bitəcək?

- Bilmirəm vallah, amma deyəsən bitmək üzrədir. Çünki görürlər ki, şəxsi həyatım barədə danışmaq istəmirəm, üstümə çox gəlmirlər.


- Müsahibələrinizin birində bildirmişsiniz ki, açıq-saçıq geyimlərə pis baxmıram. Lakin qapalı geyimlərə üstünlük verirəm. Səbəbi nədir? 

- Bəli, açıq-saçıq geyimlərə pis baxmıram, çünki ifa etdiyim hind rəqslərinin geyimləri qarnı açıqdır. Təbii ki qapalıları da var. Sadəcə son illər anama verdiyim sözə görə qapalı hind paltarları geyinirəm.


- Oksana həyatda nəyi bağışlamaz? 

- İstər sevgidə, istərsə də dostluqda fərq etməz. Xəyanəti bağışlamaram.


- Elşad Xosedən boşandığınıza peşmansınız?

- Xeyr, peşman deyiləm. 


- Bir daha ailə qurmayacağınız haqda açıqlama vermişdiniz. Ailə qurub ana olmaq haqda düşünmürsünüz? 

- Çox istəyirəm ana olum. Amma başa düşürəm ki, ailəsiz mümkün deyil. Hələ ailə həyatı qurmaq istəmirəm. Beləliklə, yaxın zamanda analıq hissini dadmayacam. Ona görə də indi heç nə istəmirəm.


- Nikahdankənar övlad dünyaya gətirənlərə münasibətiniz necədir? Oksana belə addım atar?

- Bu düzgün olan şey deyil. Yaxşı olardı ki, gələcəyin ana-atası ilk öncə uşağı fikirləşib ailə qursunlar. Təbii ki, nikahdan kənar uşaq dünyaya gətirənlər də olur, bu ya qismətdir, ya bəxtdir bilmirəm, onlara da pis baxmaq olmaz. Hərənin öz seçdiyi tale var, ona görə də bizim kiməsə vəkillik etməyə haqqımız yoxdur. Həm də belə addımlar qanun tərəfindən cəzalandırılmır. Həyatdır, hər şey baş verə bilər, çalışacam belə hadisələr başıma gəlməsin.  (qafqazinfo.az)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs