news Image
2014.01.23
17:08
| A A A
Rəqsanə və Türkmənistanın prezidentinin görüşü... - VİDEO

Müğənni Rəqsanə İsmayılova onun "İnanımmı" mahnısını ifa edən Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovla görüşəcək.



Sənətçinin yenicə işə başladığı prodüseri Anar Mədətov səfərin Novruz bayramı ərəfəsində baş tutacağını bildirib:


"İnanımmı" mahnısının rus dilində versiyası hazırlanır. Artıq hazırlıqlar gedir, çox maraqlı alınıb. Yaxın günlərdə işıq üzü görəcək. Novruz bayramında isə Türkmənistan prezidenti ilə görüşümüz olacaq. Artıq viza alma prosedurlarına başlamışıq".


A.Mədətov həmçinin deyib ki, Rəqsanənin yeni layihəsi üzərində iş gedir:


"Həm Azərbaycanda, həm də Moskvada albom çıxacaq. Rəqsanə ilə bağlı planlarım çoxdur. Bu, hər kəsi təəccübləndirəcək".


Xatırladaq ki, Türkmənistan prezidenti Yeni illə bağlı tədbirdə Rəqsanənin "İnanımmı" mahnısını da ifa etmişdi. Həmin kadrları 4:28-ci saniyədən izləyə bilərsiniz. (axsam.az)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs