news Image
2014.01.24
16:21
| A A A
"Sarı gəlini" elə oxudu ki... - VİDEO

Xalq artisti, "Şöhrət" orden xanəndə Nəzakət Teymurova yeni klipini tamaşaçıların ixtiyarına verib. Bakupost.az saytının məlumatına görə, tanımış muğam ifaçı "Sarı gəlin" mahnısına klip çəkdirib. Ekran işinin rejissoru Fuad Quliyevdir. Xanım xanəndə ermənilən mənimsəmək istədiyi mahnıya klip çəkdirmə səbəbini də açıqlayıb: ""Sarı gəlin"i bu günə qədər Azərbaycanın çox dəyərli ifaçıları ilə yanaşı, gənc müğənnilərimiz də ifa edib. Mən də bu əsərə müraciət etməyə bilməzdim. Bu mahnı bizim yaralı yerimizdir. Bildiyiniz kimi tez-tez xarici ölkələrdə oluruq. Hansı ölkəyə getməyimdən asılı olmayaraq, ilk ifa etdiyim mahnı "Sarı gəlin" olur. Mən vətənimə, xalqımıza çox bağlı olan bir ifaçıyam. Xeyli müddət böyük istəklərimdən biri o idi ki, simfonik orkestrin iştirakıyla ilə bu mahnını ifa edib. İstəyimə nail olduğum üçün məmnunam". "Sarı gəlin" klipini təqdim edirik:


http://www.video.az/ru/video/96152/nezaket-teymurova-sari-gelin


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs