news Image
2012.06.05
16:21
| A A A
Samir Əliyev: “Evlənmək istəsəm, bu gizli qalmayacaq” - Foto

Movqe.Az xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara görə, azərbaycanlı stilist Samir Əliyev artıq evlənib. Bunun nə dərəcə də doğru olduğunu bilmək üçün, Samir Əliyevlə əlaqə saxlamaq qərarına gəldik. Və bəzi iddialara görə, Samir Əliyevin evləndiyi xanım Lətafət Cəfərovadır. Qeyd edək ki, Lətafət Cəfərova Lalə kimi tanınır.

Onuda qeyd edək ki, bu haqda eşidən stilist heç də təəcüblənmədi.

"Mənim həyatım haqda yayılan şaiyələr həmişə yalan olub. Bu şaiyə də yalandır. Sadəcə bir neçə gün bundan əvvəl Lalə ilə ziyarətgahların bir neçəsini ziyarət etmişdik. Bizi orada görən insanlar isə bizim kəbin kəsdirdiyimizi düşünüblər.

Lalə ilə mən neçə ildir ki, dostuq. Biz hər zaman bir yerdəyik. O, mənim ən yaxın sirdaşımdır.

İstəyirəm, jurnalistlər bir şeyi bilsinlər: əgər mən evlənmək istəsəm, bu gizli qalmayacaq. Sadəcə hal-hazırda belə bir fikrim yoxdur", - Samir Əliyev dedi.

Türkan Nadirqızı

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs