Müğənni Rahidə səhnə ilə vidalaşır - Foto
Məlumata görə, bu günlərdə Azərbaycanın tanınmış müğənnisi
Rahidə Baxışova sənətə tövbə edib, səhnə ilə vidalaşıb. Movqe.Az-n
əməkdaşı zəng edib bu haqda özündən soruşdu. Müğənni verdiyi
açıqlama da xəbəri təsdiqlədi.
Sənətçi evində "Qurani-Kərim" oxutduraraq etdiyi tövbəsi ilə bağlı ehsan süfrəsi də təşkil edib.
"Mən artıq çoxdandır ki, namaz qılıram. Demək olar ki, bir ildir namaz qılıb, "Qurani-Kərim" oxuyuram. Sadəcə,düşünürdüm ki, bu haqda danışmağım düzgün olmazdı. Lakin junalistlərin üstümə çox gəlməsini görüb, açıqlama verdim", - Rahidə deyib.
Qeyd edək ki, müğənni hicabada bürünmək istəyir.
"Bu qərarım tamaşaçıların xoşuna gəlməsə də, mən səhnəni tərk etdim. Yəqin ki, bir daha bu sənətə qayıtmaram. Bəziləri buna inanmaya bilər, lakin mən verdiyim qərarı heç bir zaman dəyişmərəm", - müğənni deyib.
Türkan Nadirqızı
Movqe.Az