Əlaqə Arxiv
news Image
2014.01.30
21:18
| A A A
Azərbaycanlı aparıcının üçəmləri “Möhtəşəm yüz il”də...

"AzTV"nin keçmiş aparıcısı Esmira Çərkəzqızının üçəm körpələri Türkiyənin məşhur "Möhtəşəm Yüz il" serialında çəkiliblər.

Movqe.az-ın məlumatına görə,hazırda Türkiyədə yaşayan aparıcı Lent.az-a açıqlama verərək bildirib ki, təklif onlar üçün gözlənilməz olub:

"Sözün düzü, bu təklifi "Möhtəşəm Yüz il" serialının komandasından gözləmirdim. Təklif mənim üçün sürpriz oldu. Belə ki, həmin filimin rejissorları ekran işində rol almaq üçünüçəm körpə axtarırmış. Uşaqlarımı dünyaya gətirdiyim "Acı badem" xəstəxanasından isə mənim körpələrimin şəkillərini göstəriblər. Filmi çəkənlər də bəyənib bizlə əlaqə saxladılar, danışdıq, razılaşdıq. Yanvarın əvvəllərində çəkilişlər başladı və serialın dünənki bölümündə yayımlandı.

Aparıcı onu da əlavə edib ki, övladları ilə bağlı ona növbəti reklam təklifləri də gəlib.

Qeyd edək ki, türkiyəli hərbçi Tayyar Sayğılı ilə ailə quran S.Çərkəzqızının üçəm (2 oğlu, 1 qızı) övladı var.

Sizin Reklam Yeriniz