news Image
2014.02.02
11:53
| A A A
"Medcezir"in ulduzu xəstələnib

Çağatay Ulusoy, Serenay Sarıkaya, Barış Falay, Taner Ölmez və Hazar Ergüçlünün baş rolllarını canlandırdığı "Medcezir" serialı problem yaşamağa davam edir. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, keçən həftə aktrisa Serenay Sarıkayanın xəstələnməsinə görə serialın çəkilişlərinə 3 gün ara verilib. Son olaraq cümə axşamı ekrana gələn 20-ci bölümün bəzi səhnələrinin də bazar ertəsi günü çəkildiyi bilinib. Xəstə olduğu üçün evində istirahət edən Sarıkaya, "Twitter" səhifəsində, "Axır ki, mən də "Medceziri"mə evdə baxa biləcəm" deyə status paylaşıb.