news Image
2014.02.02
14:58
| A A A
4 il sonra üzünə qovuşsa da... - FOTOLAR

2009-ci ildə müdirinin qaçan maymununu tutmağa çalışarkən meymunun hücumuna məruz qalan və üzü parçalanan Charla Nash'ın son halı görənləri çaşdırıb. Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Connecticut əyalətində 2009-ci ildə reallaşan qorxunc hadisədə Charla Nash müdirinin bəslədiyi şimpanze tərəfindən vəhşi bir hücuma uğrayıb. Bu hadisədən sonra əlləri , burnu , dodaqları və göz qapaqlarını itirən qadın 4 ildən sonra üzünə qovuşa bilib. Qadının hücumda üzündəki sümüklərin böyük hissəsi qırılıb , meymun , əllərini , burnunu , dodaqlarını və göz qapaqlarını qoparıb.

Üzünü itirən şanssız qadına 2011-ci ildə üz nəqli edilmişdi. Həkimlər , fizika terapisti , tibb bacıları , psixoloqlardan ibarət olan 30 nəfərlik bir ekspert qrup tərəfindən həyata çevirilən Charla Nashı üz nəqli əməliyyatından sonra ona şüşə gözlər taxılıb. Əllərini istifadə edə bilməyən şanssız qadın üzünün yalnız alt hissəsini funksional bir şəkildə istifadə edə bilir.