Əlaqə Arxiv
news Image
2014.02.03
12:30
| A A A
Məşhur aktyor evində ölü tapıldı

Oskar mükafatlı ABŞ-lı aktyor Filip Seymour Hoffman dünən Nyu Yorkdakı evində ölü tapılıb. 

Amerikan mediasına görə, vanna otağında qolunda iynəylə tapılan Hoffmanın yüksək dozada narkotikdən öldüyü təxmin edilir. 

Lakin polis səlahiyyətliləri, ölüm səbəbinin açılacaq istintaqdan sonra müəyyən olacağını deyib.

Keçmişdə narkotik müalicəsi görən 46 yaşındakı Hoffman, Manhattandakı bir mənzilin dördüncü mərtəbəsində yaşayırdı. 

Movqe.Az xəbər verir ki, Hofmannın cansız bədəninin, köməkçisi tərəfindən tapıldığı açıqlanıb. 

2005-ci ildə Capote adlı filmlə ən yaxşı aktyor Osckrı alan və "Qızıl kürək"in ən yaxşı performans mükafatının sahibi olan Hoffman, keçən həftə Utahta keçirilən Sundance Film Festivalindakı "A Most Wanted Man" və "God s Pocket" filmlərinin nümayişində iştirak etmişdi.


Televiziya serialları və teatr işləri də olan Hoffman ötən illərdə spirt və narkotik müalicəsi görmüşdü.

Sizin Reklam Yeriniz